Avropa İttifaqı Budapeştin Rusiya və Belarus vətəndaşları üçün viza siyasətinin liberallaşdırılması istiqamətində atdığı addımlara cavab olaraq Macarıstanın Şengen zonasından çıxarılması imkanını nəzərdən keçirməməlidir.
Viral.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşanın Baş naziri Donald Tusk bildirib. Onun mətbuat konfransı TVP Info tərəfindən yayımlanıb.
“Bildiyiniz kimi, Şengen zonasından çıxarılma Avropa İttifaqından çıxarılma yolunda atılan ilk addımdır. Mən dövlətlərin Aİ-dən çıxarılması ilə bağlı bəyanatlarda ehtiyatlı olardım”, – deyə hökumət başçısı qeyd edib. Onun fikrincə, Avropa “macarları özündən uzaqlaşdırmamalıdır”.
Son Yazılar:
- Bu baş verərsə, tammiqyaslı müharibəyə keçəcəyik
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
Daha əvvəl bir sıra Avropa KİV-ləri, o cümlədən “Financial Times“ Macarıstanın Rusiya Federasiyası və Belarus da daxil olmaqla səkkiz ölkənin vətəndaşları üçün viza rejimini yüngülləşdirməyə qərar verdiyini yazıb.
Avropa İttifaqının qaydalarına görə, hər bir ölkə öz miqrasiya siyasətini və onun tətbiqi qaydasını müəyyən edə bilər. Eyni zamanda, Aİ-yə daxil olmayan ölkələrin vətəndaşları, bir qayda olaraq, 27 icma ölkəsi, həmçinin Norveç və İsveçrənin daxil olduğu Şengen zonasında sərbəst hərəkət etmək imkanı əldə edirlər.
Aİ-də dominant olan Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber dərhal bəyan edib ki, Macarıstanın qərarı “rus təxribatçılarının” icma ərazisinə daxil olmasını asanlaşdıracaq.
(redaktor.az)