Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
Viral.az xəbər verir ki, turun açılış matçında “Qarabağ” doğma meydanda “Kəpəz”i qəbul edib.
“Azərsun Arena”da oynanılan qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Son Yazılar:
- Bu baş verərsə, tammiqyaslı müharibəyə keçəcəyik
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
Qolları 48-ci dəqiqədə Riçard Almeyda, 73-cü dəqiqədə Abdulla Zubir və 84-cü dəqiqədə Olavio Juninyo vurublar.
“Köhlən atlar” hazırda 6 xalla turnir cədvəlinə başçılıq edir.
İlk turda keçirilən matçlarda “Qarabağ” “Araz-Naxçıvan”a, “Zirə” “Səbail”ə 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə bitib.