Braziliya prezidenti Luiz İnasio Lula da Silva təyyarə qəzası ilə əlaqədar üç günlük matəm elan edib.
Viral.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.
Son Yazılar:
- Azərbaycan bu il Rusiyaya neçə min ton pomidor ixrac edib?
- Bu gəncin İrəvana gedib Azərbaycan dilində danışması gündəm oldu
- Tovuzda qadın faciəvi şəkildə ÖLDÜ
Yenilənmiş məlumata görə, təyyarə qəzasında 62 yox, 61 nəfər ölüb.
“Vinhedoda baş vermiş faciəvi hadisənin 61 qurbanının xatirəsinə biz ölkədə üç günlük rəsmi matəm elan edirik”, – Lula da Silva X sosial şəbəkəsində bildirib.
Qeyd edək ki, avqustun 9-da günorta saatlarında ATR-72 təyyarəsi Vinedo (San-Paulu ştatı) bölgəsində qəzaya uğrayıb. Təyyarədə 57 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sağ çıxan olmayıb.