Prezident səlahiyyətlərini müvəqqəti icra edən Məhəmməd Mohber daxil olmaqla, İranda hökumətinin icra, qanunverici və məhkəmə hakimiyyətlərinin başçıları iyunun 28-də keçiriləcək prezident seçkilərinə həsr olunmuş iclas keçiriblər.
Son Yazılar:
- Bakı meriyasında ilk müavin – 3 yüksək vəzifə hələ də boşdur
- Xarici donor icmaların Azərbaycanda minatəmizləmə fəaliyyətinə göstərdiyi yardım çox aşağıdır
- Ödənişli yolda qəza zamanı dərəyə aşan avtomobildən sürücü və sərnişin çıxarıldı
Viral.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Məhəmməd Mohber, parlamentin spikeri Məhəmməd Baqer Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ecei prezident seçkilərinə hazırlıqla bağlı müzakirə aparıblar.
Daxili işlər naziri Əhməd Vahidi də iclasda iştirak edib. Daxili İşlər Nazirliyinə seçkilərdə lazımi fəallığın təmin edilməsi yönündə tədbirlər görmək tapşırılıb.