Laçın rayonunda elektrik təsərrüfatının yenilənməsi işləri davam etdirilir.
Viral.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihə çərçivəsində bir sıra yaşayış məntəqələri üzrə yenidənqurma işləri aparılır.
Belə ki, rayonun Güləbird, Şəlvə, Ərikli, Kürdhacı kəndlərinin və Qorçu qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işlərinə başlanılır.
Son Yazılar:
- Onlar Türkiyənin ən varlı müğənniləridir
- Atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ÖLDÜ
- Pakistanda məzhəblərarası toqquşmalarda ölənlərin sayı 50 nəfəri ÖTDÜ
“Azərişıq” sözügedən işləri “Smart Energy Services” MMC-yə həvalə edib və şirkətlə 6,3 milyon manatlıq müqavilə bağlanılıb.