“YouTube”un keçmiş CEO-su VƏFAT ETDİ

“YouTube”un keçmiş CEO-su Suzan Vocitski vəfat edib.

Viral.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.

O, iki ildir ki müalicə olunduğu ağ ciyər xərçəngindən vəfat edib.

Son Yazılar:

Vocitski keçən il açıqlamışdı ki, o ailəsinə, sağlamlığına və digər şəxsi layihələrinə diqqət yetirmək üçün “YouTube”da liderlik rolundan geri çəkilir. Suzan Vocitski doqquz il (2014-2023) “YouTube”un baş direktoru vəzifəsində çalışıb.

O, “YouTube”un ana şirkəti “Google” ilə ilk günlərdən çalışıb və bu şirkətin 16-cı işçisi olub. Təxminən 25 il “Google”la əməkdaşlıq edib.