Paşinyan Bakıya gələcək? – Yaxın günlərdə

Avqustun 12-də Ermənistan Baş naziri Nikol Paşinyanın məzuniyyəti başa çatır. O, işə qayıtdıqdan sonra hökumətdə bir sıra dəyişikliklər etməyi planlaşdırır.

Viral.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzetində dərc edilən məqalədə bildirilir.

Qəzet hökumətinə yaxın mənbələrə istinadən yazır ki, Paşinyanın bir sıra məmurları işdən çıxaracağı və yenilərini təyin edəcəyi gözlənilir.

Son Yazılar:

Nəşr, həmçinin bildirir ki, Paşinyan mətbuat konfransı keçirməyi, sülh müqaviləsi, konstitusiya dəyişdirilməsi ilə bağlı Azərbaycanın tələbləri barədə açıqlama verməyi planlaşdırır.

Məlumata görə, Ermənistanın Bakıda keçiriləcək COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə də yekun qərar verilməlidir.

Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. İrəvan hələlik tədbirdə iştirak edib-etməməcəyi barədə qərar verməyib. /yenisabah.az