Bu gün 20 Yanvar şəhidi Fərizə Çoban qızı Allahverdiyevanın doğum günüdür.
Viral.az-ın məlumatına görə, o, 1970-ci ilin məhz bu günündə dünyaya göz açıb.
Fərizə Allahverdiyev 20 Yanvar hadisələri zamanı vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızdan biri İlham Allahverdiyevin həyat yoldaşı olub. İlhamın şəhid xəbərindən sonra isə Fərizə öz canına qıyaraq dünyadan köçüb.
Son Yazılar:
- Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ
- Bu məktəb direktorları vəzifələrindən azad EDİLƏCƏK
- Tovuzda dəhşətli qəzada yaralanan yeniyetmə də ÖLDÜ
İlham və Fərizə ölkəmizin sevgi simvoluna çevriliblər.
Onların şərəfinə sözləri yazıçı-publisist Seymur Şeydayevə, musiqisi isə Səyyad Allahverdiyevə məxsus mahnı həsr edilib.
“İlahi sevgi” adlanan mahnını tanınmış müğənni Tacir Şahmalıoğlu ifa edib.