Azərbaycanlı qapıçı “Barselona”ya transfer olundu

İspaniya “Barselona”sının B komandası azərbaycanlı qapıçını transfer edib.

Viral.az xəbər verir ki, Eldar Tağızadə “Barselona Atletik”in şərəfini qoruyacaq.

Belə ki, 21 yaşlı qapıçı azad agent kimi İspaniya klubunda çıxış edəcək.

Son Yazılar:

Klubla idmançı arasında imzalanan rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir. Tağızadənin son klubu iyulun əvvəlində tərk etdiyi “FK Polvorin Luqo” olub.

Qeyd edək ki, “Barselona Atletik” Primera Federasiyasında (İspaniyanın Primera və Sequndadan sonra üçüncü ən güclü futbol liqası) çıxış edir. Ötən mövsüm komanda üçüncü yeri tutmuşdu.