Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin sosial media hesabından etdiyi paylaşım müzakirələrə səbəb olub.
Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Alfonso paylaşımında əcnəbi olsa da, Azərbaycan üçün çox şey etdiyini bildirib:
“Bəli, bilirəm ki, mən əcnəbiyəm, amma mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm. Amma Azərbaycan bayrağını yüksəklərə qaldırmışam, sizin ölkəniz üçün etmədiyinizi edirəm. İndi özünüzdən soruşun ki, ölkəniz üçün nə etmisiniz, heç nə. Tamam, tamam, tamam…”, – o paylaşımında qeyd edib.
Son Yazılar:
- Bu baş verərsə, tammiqyaslı müharibəyə keçəcəyik
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
İdmançının bu paylaşımı izləyicilər tərəfindən tənqid olunub.