İrəvanda ağır yol qəzası olub, xeyli sayda YARALI VAR

Ermənistanın paytaxtı İrəvanda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 20 nəfər yaralanıb.

Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” bildirib.

“İlkin məlumata görə, müxtəlif xəsarətlər almış 20 yaralı tibbi mərkəzə çatdırılıb”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Son Yazılar:

Hadisə “KAMAZ” yük maşını, “MAN” şəhər avtobusu və “Toyota Corolla” markalı minik avtomobilinin iştirakı ilə baş verib.