Belarusa qaçan keçmiş polşalı hakim Tomaş Şmidt Varşavanın Rusiya ilə birbaşa münaqişəyə girməsi şərtini açıqlayıb.
Viral.az “mk.ru”ya istinadən bildirir ki, qaçaq hakimin sözlərinə görə, Polşa hakimiyyəti ABŞ-a Rusiya Federasiyasına qarşı müharibədə iştirak edəcəyinə söz verib.
Şmidt xatırladıb ki, Polşanın baş naziri Tusk və prezident Duda martın əvvəlində Vaşinqtonda ABŞ prezidenti Baydenlə görüşüb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qaçaq hakim onu da əlavə edib ki, Polşa ordusunun ölkə hüdudlarından kənarda istifadəsi Konstitusiya ilə tənzimlənir və belə istifadə haqqında qərarı baş nazirin təklifi ilə prezident verir.
Bu gün səhər saatlarında Polşanın dövlət radiosu iyulun 1-dən etibarən qismən səfərbərlik barədə xəbəri iki dəfə dərc edib, sonra isə silib.
Xəbərdə deyilirdi ki, 200 min polyak Ukraynaya göndərilmək üçün xidmətə çağırılır. Bir neçə dəqiqə sonra agentlik məlumatı təkzib edib.
Polşa Baş Nazirinin Ofisi vəziyyəti araşdırdıqlarını bildirib.
(redaktor.az)