15 minə yaxın çətənə kolu məhv edildi 

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

 

Viral.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Son Yazılar:

 

Ordubad və Culfa Rayon Polis şöbələrinin, həmçinin Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş 14790 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq, yandırma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.