Ukrayna Kurskun 28 yaşayış məntəqəsinə nəzarət edir

“Kursk vilayətində vəziyyət mürəkkəbdir, 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir”.

Viral.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru səlahiyyətlərini icra edən Aleksey Smirnov bildirib.

Onun sözlərinə görə, Kurskda Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 12 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb.

Son Yazılar:

“Bu günə qədər 121 minə yaxın sakin Kursk vilayətinin sərhəd rayonlarını tərk edib. Vilayətdən olan 2 minə yaxın insanın taleyi məlum deyil”, – deyə o əlavə edib.