Kölndə 7 min insan bomba səbəbilə evlərini tərk edəcək

İkinci Dünya müharibəsindən qalma partlamamış mərmi tapıldığı üçün Kölndə təxminən 7 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Viral.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.

Nəşrin məlumatına görə, Porz-Vestxoven bölgəsində tikinti işləri zamanı qoruyucu ilə birlikdə Amerika istehsalı olan 20 tonluq bomba aşkar edilib. 1 km radiusda olan bütün sakinlərə evlərini tərk etmələri tövsiyə olunub. Bu tədbir təxminən 7 min sakinə, həmçinin klinika xəstələrinə, qocalar evinin sakinlərinə və yük stansiyasına təsir etdi. Partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə işçilər hadisə yerindədir.

Son Yazılar:

Qəzet qeyd edir ki, keçən həftə Kölndə İkinci Dünya müharibəsi zamanı iki bomba artıq aşkar edilərək zərərsizləşdirilib. 

Təxmini hesablamalara görə, İkinci Dünya müharibəsinin sonunda faşist Almaniyasına 2 milyondan çox müxtəlif çaplı bomba atılmış, onların 10-20%-i partlamamışdı. Bir neçə aydan bir mərmilər yolları tikən və ya yeni binaların təməlini qoyan işçilər tərəfindən aşkar edilir. Bir qayda olaraq, belə tapıntılar insan həyatı üçün heç bir təhlükə yaratmır – istehkamçılar onları bir neçə saat ərzində zərərsizləşdirirlər.

(redaktor.az)