Putin Mahmud Abbasla danışıqlara başladı

Rusiya Prezidenti Vladimir Putin Novo-Oqarevodakı iqamətgahında Fələstin lideri Mahmud Abbasla danışıqlara başlayıb.

Viral.az bu barədə TASS-a istinadla xəbər verir.

Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək, həmçinin Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi və Qəzza zolağında görünməmiş humanitar fəlakət fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. Münaqişə mövzusunun əsas müzakirə mövzusuna çevriləcəyi gözlənilir. Görüş təkcə İsrailin Qəzza zolağında davam edən əməliyyatı fonunda deyil, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda ölümü fonunda keçirilir. 

Son Yazılar:

(redaktor.az)