Kursk döyüşü: 2 mindən çox insan bölgəni tərk edib

Ukrayna ordusunun Rusiya ərazisində hərbi əməliyyatı davam edir. Əməliyyat avqustun 6-da başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski cəbhədəki vəziyyət və Kursk vilayətində “hərbi əməliyyatlar” barədə qərargahın ixlasında məruzə təqdim edib.

 

Sırskı bildirib ki, hazırda Ukrayna hərbçiləri Kursk vilayətinin təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edir. “Biz Kursk vilayətində hücum əməliyyatlarını davam etdiririk. Hazırda Rusiya Federasiyasının təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edirik”, – o qeyd edib. Rusiyanın Milli Antiterror Komitəsi Kursk, Bryansk və Belqorod vilayətlərində “antiterror əməliyyatı rejimi”nin tətbiq edildiyini açıqlayıb.

Son Yazılar:

 

Viral.az bölgədəki vəziyyətlə bağlı ən son xəbərləri təqdim edir.

 

Viral.az/articles/2024/08/13/1723556651_3b4ommmdjfoedlmhrn5e5bviia.jpg”/>

“Ukrayna Kursk vilayətini ələ keçirməkdə maraqlı deyil”

 

Rəsmi Kiyev bildirib ki, Ukrayna Rusiyanın Kursk vilayətindəki əraziləri ələ keçirməkdə maraqlı deyil. Əsas məqsəd Rusiyanın Donetsk bölgəsinə əlavə qoşunların köçürülməsinə mane olmaq və rus qoşunlarının maddi-texniki təminatını çətinləşdirməkdir. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi danışıb.

 

“Rusiya Federasiyasından fərqli olaraq, Ukraynanın başqasının torpağına ehtiyacı yoxdur. Ukrayna Kursk vilayətində əraziləri ələ keçirməkdə maraqlı deyil, biz öz xalqımızın həyatını qorumaq istəyirik”, – deyə Tixi Kiyevdə keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, yayın əvvəlindən yalnız Kursk vilayətindən Ukraynanın həmsərhəd Sumı vilayətinə 2 mindən çox zərbə endirilib, 255 idarə olunan bomba və 100-dən çox raket atılıb.​​​​​

 

“Təəssüf ki, Ukraynanın bu terrordan müdafiəsi üçün əlində olan silahlarla uzaq məsafədən zərbələr endirmək üçün kifayət qədər imkanları yoxdur. Buna görə də bu sərhədyanı ərazilərin Ukraynaya zərbələr endirən Rusiya hərbi kontingentindən azad edilməsinə ehtiyac var”, – deyə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

 

Tixi onu da əlavə edib ki, Kursk vilayətindəki əməliyyat Rusiyaya Donbasa əlavə qüvvə göndərməyə imkan vermir və bu, logistikanı çətinləşdirir. “Ukrayna Silahlı Qüvvələri müharibə qanunlarına və adətlərinə və beynəlxalq humanitar hüquqa tam uyğun gələn sivil Avropa hərbi qüvvəsidir.

 

Ukrayna Silahlı Qüvvələrinin hədəfləri yalnız hərbidir. Əməliyyatın məqsədi xalqımızın həyatını və Ukrayna ərazisini Rusiya Federasiyasının hücumlarından qorumaqdır”, – deyə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Viral.az/articles/2024/08/13/1723556674_download.jpeg”/>

Kurskla sərhəddə məhdudiyyət tətbiq edilib

 

Ukraynanın Kurksla sərhəddə yerləşən Sumı rayonunun 20 kilometrlik sərhəd zonasında məhdudiyyətlər tətbiq edilib. Bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən bildirib.

 

Belə ki, Sumı vilayətində hərbi əməliyyatların intensivləşməsi və Rusiya təxribat-kəşfiyyat qruplarının fəallığının artması ilə əlaqədar vətəndaşlar üçün yeni məhdudiyyətlər gətirilib. Məhdudiyyətlərin məqsədi mülki şəxslərin və hərbçilərin həyatını qorumaqdır. 

 

Kursk vilayətində yeni kurator təyin edilib

 

Rusiyaya məxsus media və teleqram kanalları Kursk vilayətində antiterror əməliyyatı rejiminə nəzarət etmək üçün yeni kurator təyin edilib. Bu vəzifə regionda Dövlət Şurasının katibi Aleksey Dyuminə həvalə edilib.

 

Dyumin tanınmış təhlükəsizlik işçisidir, Tula vilayətinin keçmiş qubernatorudur, əvvəllər prezident Vladimir Putinin mühafizəsində işləyib və onun adyutantı olub.

Viral.az/articles/2024/08/13/1723556617_05c51320-33e1-4414-9325-543f0f6e94a2-ap24225653542044.jpg”/>

Daha bir rayonun əhalisi təxliyə edilir

 

Kursk vilayətinin Bolşesoldatski rayonunda əhalinin təxliyə olunmasına başlanılıb. “Bizim ərazidə bu günə qədər evakuasiya olmayıb. Hamı özbaşına edib, heç kim prosesə qarışmayıb. Bu gün biz hələ də kimin evakuasiya edilməli olduğu barədə məlumat toplayırıq”, – deyə rayonun rəhbəri Vladimir Zaitsev teleqram kanalında yazıb.

 

Bolşesoldatski rayonu Kursk vilayətinin cənub-qərb hissəsində yerləşir və şimalda Lqovski və Kurçatovski ilə, şərqdə Oktyabrski, Medvenski və Oboyanski ilə, cənubda Belovski və Sudjanski rayonları ilə həmsərhəddir. Rayon Ukrayna Silahlı Qüvvələrinin avqustun 6-dan hərbi əməliyyatlar apardığı Sudji şəhərinin dəmir yolu stansiyasından 19 km aralıda yerləşir.

Viral.az/articles/2024/08/13/1723556617_l66clh3ivbw5vahlyck5w2dhzq.jpg”/>

Rusiya Ukraynanın Kursk istiqamətində hər gün 420-yə qədər hərbçi itirdiyini iddia edir

 

Rusiya Müdafiə Nazirliyi “Ukrayna Silahlı Qüvvələrinin mobil qruplarının Kursk vilayətinin dərinliklərinə keçmək cəhdinin qarşısının alındığını” açıqlayıb.
 

“Aviasiya və raket qüvvələri Sumı vilayətinin Miropol, Moqritsa və Petruşevka rayonlarında Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarına zərbələr endirib”, – Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Rusiya hərbçiləri, həmçinin Ukrayna Silahlı Qüvvələrinə məxsus hücum briqadasının Kursk vilayətinin Martınovka istiqamətində hücumunu dəf etdiklərini qeyd edib.

 

“Ukrayna Silahlı Qüvvələrinin 82-ci Hava Hücum Briqadasının bölmələrinin Martınovka istiqamətində hücumu dəf edilib. Ukrayna Silahlı Qüvvələrinin 15-ə qədər şəxsi heyəti, iki zirehli döyüş maşını və iki avtomobil məhv edilib”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

 

Rusiya ordusu iddia edir ki, hava zərbələri və artilleriya atəşi Ukrayna Silahlı Qüvvələrinin 22, 61, 115-ci motoatıcı və 80-ci hava hücumu briqadalarının şəxsi heyətini və texnikasını Mixaylovka, Korenevo, Nikolaevo-Daryno, Oleşnikadja və Oleşnikadja, Nikolayevski rayonlarında darmadağın edib. 

 

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində hər gün 420-yə qədər hərbçi itirdiyini iddia edir.

Viral.az/articles/2024/08/13/1723556625_2024-08-12t150421z_1_lynxmpek7b0f8_rtroptp_3_ukraine-crisis-russia-kursk.jpg”/>

Kursk vilayətinin sərhəd rayonlarını 2 mindən çox insan tərk edib

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bir gündə Kursk vilayətinin sərhəd rayonlarını 2 mindən çox insan tərk edib.

 

“Son 24 saat ərzində 2 mindən çox insan müstəqil və mütəşəkkil surətdə sərhədyanı əraziləri tərk edib. Bu gün müvəqqəti yerləşdirmə mərkəzlərində 8 minə yaxın insan, o cümlədən 2,2 mindən çoxu uşaq var”, – açıqlamada deyilir.