Azad edilmiş ərazilərdə işləmək istəyənlərin nəzərinə!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

ANAMA-nın mətbuat xidmətindən Viral.az-a bildirilib ki, namizədlərin ilkin tibbi yardım və ya müalicə işi ixtisası üzrə orta-ixtisas təhsili olmalıdır.

Həmçinin ANAMA Laçın mobil bazasında aşpaz, qabyuyan, xadimə, çamaşırxana işçisi, fəhlə, Horadiz regional əməliyyat mərkəzi və Ağdam mobil bazasında avtobus sürücüsü, Şuşa və Xankəndi düşərgələrində xidmətçi (xadimə) vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir. Aşpaz işləmək istəyən namizədlərin müvafiq sahədə peşə təhsili, avtobus sürücüsü olmaq istəyən namizədlərin isə 2 ilə qədər iş stajı olmalıdır.

Son Yazılar:

Eyni zamanda, ANAMA Bakı şəhəri İ.Dadaşov küçəsi, 260 ünvanında yerləşən inzibati binaya xadimə və fəhlə vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, vəsiqə, arayış və digər), əmək kitabçasının surətini Viral.az/cdn-cgi/l/email-protection” class=”__cf_email__” data-cfemail=”6407051601011624050a0509054a030b124a051e”>[email protected] ünvanına göndərməlidir.

Sənəd qəbulu cari il avqustun 31-dək aparılacaq.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət oluna bilər.