Fransalı futbol azarkeşləri ölkə çempionatını boykot edib

Fransalı futbol azarkeşləri I Liqanın yayım hüquqlarının sahiblərinə qarşı boykot elan ediblər.

Viral.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkə çempionatında yeni mövsümün başlamasına iki gün qalmış oyunların yayım hüququna malik DAZN-a cəmi 300 nəfər abunə olub.

Fransa çempionatına marağın belə kəskin azalmasına səbəb abunə haqqının yüksək olmasıdır. Belə ki, futbol oyunlarının yayım üçün abunə qiyməti 480 avroya yaxındır.

Son Yazılar:

Qeyd edək ki, Fransanın I Liqasında 2024/2025 mövsümünə avqustun 16-da start veriləcək.