Aylıq 24.4 manat daha çox xərcləmişik

Cari ilin yanvar-iyul aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 40,4 milyard manat olmaqla ötən ilin yanvar-iyul aylarına nisbətən müqayisəli qiymətlərlə 4,2 faiz artıb.

 

Dövlət Statistika Komitəsindən Viral.az-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 4 faiz artaraq 38,8 milyard manata bərabər olub, onun 45,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Son Yazılar:

 

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 566,1 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 24,4 manat çox vəsait xərcləyib.