Putinə qarşı dura biləcəyinizi düşünürsünüz?

ABŞ-nin vitse-prezidenti Kamala Harris amerikalı jurnalistlərin suallarını cavablandıra bilmir, ona görə də çətin ki, Rusiya Prezidenti Vladimir Putin kimi dünya liderləri ilə danışa bilsin.

Viral.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidentliyinə namizəd, respublikaçı Ceyms Devid Vens deyib.

“Əgər siz medianın suallarına cavab verə bilmirsinizsə, Vladimir Putinə və ya Çin lideri Si Cinpinə qarşı dura biləcəyinizi düşünürsünüz? Əgər siz Amerika xalqına cavab verməkdən qorxursunuzsa, dünya liderləri ilə bir otaqda olmağınıza və Amerika xalqını təmsil etməyinizə necə inanaq”, – o, Miçiqandakı tərəfdarlarına bildirib.

Son Yazılar:

Bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp rəqibi Harris media ilə danışmaqdan imtina etdiyi üçün onu “axmaq” adlandırmışdı.

(redaktor.az)