Azərbaycan və Gürcüstan birgə müəssisə yaradıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) və Gürcüstanın “Marabda-Kartsaxi Dəmir Yolu” operatorunun törəmə şirkətlərinin təsisçiliyə ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb.

 

ADY-dan Viral.az-a verilən məlumata görə, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.

Son Yazılar:

 

Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də strateji regional nəqliyyat bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək.

 

BTQ dəmir yolu bu ilin may ayında başa çatan modernləşdirmədən sonra 5 milyon ton yükaşırma gücü ilə yükdaşımaların daha səmərəli və sürətli icrasını təmin edir.