Beynəlxalq ictimaiyyət, xüsusilə də İslam dünyası ölkələri Qəzza zolağında dərhal atəşkəsin təmin edilməsi üçün səyləri gücləndirməlidir.
Viral.az TASS-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Fələstin lideri Mahmud Abbasla görüşündə deyib.
“Görüşdə İsrailin Fələstin torpaqlarında törətdiyi qətliamlar və atəşkəsə nail olmaq üçün atılması lazım olan addımlar müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin Fələstinin haqq işini dəstəkləməyə davam edəcəyini və İsrailin qarşısını almağa çalışacağını bildirib. Qəzzada dərhal atəşkəsin təmin edilməsi və fələstinlilərə humanitar yardımın fasiləsiz çatdırılması üçün bütün ölkələrin, xüsusilə də İslam dövlətlərinin səylərini gücləndirməli olduqlarını vurğuladılar”, – Türkiyə liderinin kommunikasiyalar departamenti görüşün yekunlarına dair açıqlamasında bildirib.
Son Yazılar:
- Mediatorluq cəmiyyətlərdə sülhü təmin edən ən nümunəvi missiyadır
- Bu qurumlarda “13-cü maaş” veriləcək – ŞAD XƏBƏR
- Hizbullahın reaktiv sistemi məhv EDİLDİ
Xatırladaq ki, Fələstin lideri avqustun 14-ü axşam iki günlük səfər üçün Moskvadan Ankaraya gəlib. Cümə axşamı o, Fələstinə dəstək üçün növbədənkənar iclasa toplanan Türkiyə parlamentində çıxış edəcək.
(redaktor.az)