Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 77,6 mln. ton yük, 994,6 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Viral.az-a verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,1% və 9,1% artım olub.

“Sərnişinlərin 95,3%-i avtobus, 4,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib”, – məlumatda qeyd olunub.

Son Yazılar:

Məlumata görə, hesabat dövründə yük dövriyyəsi 12,3%, sərnişin dövriyyəsi isə 10% artıb.