Fələstinin HƏMAS hərəkatı Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün şərtini açıqlayıb.
Viral.az xəbər verir ki, hərəkatın Siyasi bürosunun üzvü Usamə Həmdan “Associated Press” agentliyinə müsahibəsində bildirib ki, bu, danışıqların ABŞ Prezidenti Co Baydenin may ayında səsləndirdiyi və beynəlxalq səviyyədə təsdiqlənən təklifin həyata keçirilməsinə əsaslanacağı halda mümkündür.
“Biz vasitəçilərə məlumat verdik ki, istənilən görüş hansısa yeni bir məsələ ilə bağlı danışıqlara deyil, icra mexanizmlərinin müzakirəsi və tarixlərin müəyyən edilməsinə əsaslanmalıdır… Əks halda, HƏMAS danışıqlarda iştirak etmək üçün heç bir səbəb görmür”, – o bildirib.
Son Yazılar:
- “Anamın borcunu ödəmək üçün çılpaq şəkillər çəkdirib, satdım” – SƏMRA
- Dələduzluğa görə axtarışda olan 15 nəfər SAXLANILDI
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
Misir, Qətər və ABŞ İsrail və HƏMAS-ı avqustun 14-15-də atəşkəslə bağlı müzakirələri bərpa etməyə çağırıb. Üç ölkənin liderləri razılaşmanın əldə edilməsi üçün yekun təklif təqdim etməyə hazır olduqlarını bildiriblər.