Elməddin Namazov bu agentliyə sədr müavini təyin edildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin edilib.

Viral.az xəbər verir ki, bu vəzifə indiyə qədər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin layihə meneceri işləyən Elməddin Namazova həvalə olunub.

O, yeni vəzifəsində Eldar Həsənovu əvəzləyib.

Son Yazılar:

E.Namazov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında aqrokimya üzrə bakalavar dərəcəsi, torpağın aqroekoloji qiymətləndirilməsi və təsnifatı üzrə magistr dərəcəsi alıb, Almaniyanın Gissen Universitetinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təlim proqramlarında iştirak edib, aqrar sektorda 15 ilə yaxın iş təcrübəsinə malikdir (report).