Tramp və Harris teledebatla bağlı razılığa gəldilər

Demokratlar və Respublikaçılar partiyasından prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp oktyabrda teledebatların ikinci raundunun keçirilməsi barədə razılığa gəliblər.

Viral.az TASS-a istinadla xəbər verir ki, bunu vitse-prezident Harrisin kampaniyasının kommunikasiya direktoru Maykl Tayler yazılı açıqlamada bildirib.

“Seçicilər ölkənin ən yüksək vəzifəsinə namizədlərin gələcəyimizlə bağlı öz rəqabətli baxışlarını paylaşmağa layiqdirlər. Onlar nə qədər çox oyun oynasalar, Tramp və Vens Amerika xalqına bir o qədər etibarsız və qeyri-ciddi görünürlər. Bu oyunlar indi bitməlidir”, – Tayler deyib.

Son Yazılar:

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 

(redaktor.az)