Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyat zamanı 2000-ə yaxın rus əsgərini əsir götürüb.
Viral.az bu barədə “The Independent”ə istinadla xəbər verir.
Britaniya mətbuatının yazdığına görə, Ukrayna hərbçiləri Kursk bölgəsində keçirdiyi əməliyyat zamanı rus əsgərlərini mülki şəxslərlə dəyişmək üçün istifadə etmək məqsədilə əsir götürüblər.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Xüsusilə, bir ukraynalı polkovnik “The Independent”ə bildirib ki, 2000-ə yaxın rus əsgəri əsir götürülüb. Bu dəqiq məlumat deyil, lakin foto və videolar Kursk vilayətində çoxlu sayda rusiyalının əsir götürüldüyünü göstərir.
Xatırladaq ki, avqustun 6-dan etibarən Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində xüsusi əməliyyat keçirir.
(redaktor.az)