Lukaşenko Təhlükəsizlik Şurasını TOPLADI

Belarusa qarşı mümkün çirkin hiylələri dəf etmək üçün ölkədə lazım olan hər şey var.

Viral.az BelTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi təhlükəsizlik məsələləri üzrə müşavirədə bildirib.

Dövlət başçısı bildirib ki, Belarus uzun müddətdir planetin geostrateji maraqlarının mərkəzindədir.

Son Yazılar:

 “Sərhədlərimizdə artan gərginliyin səbəblərindən biri də budur. Üstəlik, ölkəmizin hüdudlarından kənarda, xüsusən də Belarusu tərk etmiş qaçqınlarımız arasından müəyyən vaxtda ölkəyə geri dönüb Belarusu işğal etmək və hakimiyyəti ələ keçirmək üçün müxtəlif növ pankartlar və onların ucadan dediyi kimi, alaylar, bütöv bir korpus yaradılır. Bunu biz də görmüşük və bilirik. Bunu bilə-bilə biz həmişə buna – bu insanlara qarşı durmağa hazırlaşmışıq. Xüsusilə də kəşfiyyat xidmətləri və Silahlı Qüvvələr vasitəsilə. Və hər şeydən əvvəl ordu”, – deyə prezident qeyd edib.

“Nazir və dövlət katibi, DTK sədri mənə hər zaman hesabat verir, biz Belarusa qarşı mövcud olan bütün təhlükələrə qarşı durmağa hazırıq, tam hazırıq. Anladığım kimi, Belarusa qarşı mümkün çirkin hiylələri (hücumlar, zərbələr demək istəmirəm) dəf etmək üçün hər şeyimiz var”, – Aleksandr Lukaşenko bildirib.

Qeyd edək ki, müşavirə iştirakçıları arasında Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, müdafiə naziri Viktor Xrenin, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Pavel Muraveyko və Baş Kəşfiyyat İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini Vladimir Kuprianyuk da var.

(redaktor.az)