Xaçmazda qətl törədən şəxs tutulub.
Xaçmaz rayon Prokurorluğundan Viral.az-a verilən xəbərə görə, avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
“Araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə şübhələr müəyyən edilib”-deyə məlumatda deyilir.
Son Yazılar:
- Həll olunmamış bir məsələ qalıb!
- Gürcüstanda hərbçilərin komanda təlimi başladı
- Sabah 19 yaşayış məntəqəsində qaz OLMAYACAQ
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.