Dəmir yolunda sərnişin qatarlarının gecikməsi ilk növbədə Sumqayıt-Pirsağı-Bakı və əks istiqamətdə qeydə alınır.
Viral.az xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov media nümayəndələri üçün təşkil olunan brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bunu ADY tərəfindən aparılan araşdırmalar göstərir.
Son Yazılar:
- Cəlilabadda qanunsuz ov faktı AŞKARLANDI
- Paytaxtın bu ərazisində qaz olmayacaq
- AB Ukraynaya 18,1 milyard avro kredit AYIRIR
Azər Fərəcov vurğulayıb ki, qeyd olunan istiqamət üzrə gecikmələrin əksər səbəbi – sərnişinlər tərəfindən qapıların saxlanılmasıdır ki, bu da sıxlıq ilə əlaqəlidir. Sərnişinlər tərəfindən qatar qapılarının saxlanılması dəmir yolunda təhlükə yaradır və gecikmələrə səbəb olur.