Liviyanın şərqində baş verən sel fəlakəti səbəbi ilə ölkədə fövqəladə vəziyyət elan edilib.
Viral.az xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə məlumat yayıb.
“Həyatları xilas etmək, yardım çatdırmaq və daşqından zərər çəkənlərə dəymiş ziyanı ödəmək üçün bələdiyyələrlə birgə işləyirik”, – baş nazir bildirib.