Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək.
Viral.az qafqazinfo.az-a istinadla xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclis sədrinin müavini postuna namizəd olub. Onun spikerin birinci müavini olacağı bildirilir.
Eyni zamanda, Musa Qasımlı və Rafael Hüseynovun da parlament sədrinin müavini postuna namizədlikləri təsdiqlənib.
Son Yazılar:
- Azərbaycan Güləş Federasiyası Qazax şəhərində seminar KEÇİRDİ
- Bakıda 2-ci sinif şagirdi vəfat etdi – FOTO
- Britaniyanın Rusiyadakı səfirinə etiraz notası VERİLDİ
Milli Məclisin VI çağırışında sədr müavini olan Fəzail İbrahimli VII çağırışda bu postda olmayacaq.
***
Digər məlumata görə isə, Milli Məclisin VII çağırışında sədrin birinci müavini və 3 vitse-spiker olacaq. Bununla da müavin sayı artacaq.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.