Xaçmazda ağır qəza – 5 yaralı var

Xaçmaz-Niyazabad kənd yolunda minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Viral.az APA-ya istinadən xəbər verir ki, “Toyota Prado” markalı avtomobil qarşıdan gələn “VAZ 21 07”-yə çırpılıb.

Son Yazılar:

Hadisə zamanı Xaçmaz rayon sakinləri 1995-cı il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qurbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə və Bakı sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə xəsarətlər alıb.

Onlar Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda fakt araşdırılır.