Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Viral.az-a bildiriblər ki, tədbir zamanı işğaldan azad edilmiş Xaçındərbənd, Əlimədətli və Əliağalı kəndlərinin ərazisində yabanı halda bitən və çəkisi ümumilikdə 1 tondan artıq olan 3899 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.