“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.
Viral.az xəbər verir ki, Xorvatiyadakı qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Qlenn Nyuberq olacaq. Ona Mahbod Beiqi və Andreas Söderkvist kömək göstərəcək. Dördüncü hakim funksiyasını Adam Ladebek yerinə yetirəcək.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Almaniyalı hakimlər Bastian Dankert və Yohann Pfeifer müvafiq olaraq VAR və AVAR kimi fəaliyyət göstərəcək. Qarşılaşmada ingiltərəli Maykl Rili hakim-inspektor, şimali makedoniyalı Filip Popovski isə UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sabah “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq