HƏMAS Qətərin paytaxtı Dohada müzakirə edilən İsraillə atəşkəs və girov mübadiləsinə dair son təklifi rədd edib.
Viral.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlara xələl gətirmək və Qəzzada münaqişəni uzatmaq üçün yeni şərtlər və tələblər irəli sürür.
Son Yazılar:
- Məktəblilərin qida rasionu necə olmalıdır?
- Gözləriniz qurudursa, nə etmək LAZIMDIR?
- Pomidorun bu qədər faydalı olduğunu bilirdiniz?
“Netanyahu vasitəçilərin səylərinin və razılığın əldə olunmasının qarşısını almaq üçün məsuliyyət daşıyır”, – HƏMAS-ın bəyanatında qeyd edilib.
İsrailin “Kan” telekanalı bildirib ki, daha əvvəl B.Netanyahu nazirlərinə HƏMAS ilə razılığa gəlmək şanslarının aşağı olduğunu söyləyib.