İyunun 1-də Şuşa şəhərində Türk Akademiyasının Elmi şurasının VII İclası keçirilib.
Viral.az xəbər verir ki, Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasın Şuşada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Şahin Mustafayev bildirib ki, sözügedən iclas elmi əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir.
Elm və təhsil naziri Emin Əmrullayev Şuşanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirib. Türk Akademiyasının məqsədlərindən danışan Emin Əmrullayev bu qurum ilə əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində həyata keçirilən işlərdən bəhs edib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Daha sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub.
İclas çərçivəsində Türk Akademiyasının fəaliyyət hesabatı təqdim olunub.