Priqojinə qoyulmuş abidənin açılışı oldu

İyunun 1-də Sankt-Peterburqdakı Poroxovskoye qəbiristanlığında “Vaqner” hərbi muzdlular dəstəsinin müəmmalı aviaqəzada ölən sahibi Yevgeni Priqojinin abidəsinin açılışı olub. Abidə onun məzarı başında üzrərində  ucaldılıb.

Viral.az xəbər verir ki, açılış mərasimi Priqojinin ad gününə həsr olunub.

“Kommersant” xəbər verir ki, “Vaqner”in bir neçə üzvü abidə önünə gül dəstələri qoyub.

Son Yazılar:

Yerli nəşr “Bumaga” yazır ki, insanlar bir neçə dəqiqədən bir qəbirə yaxınlaşır. Qəbiristanlığın əsas girişində polis hər kəsin üst-başını axtarır. Qəbirdən Ryabovskoye şossesinə yan çıxışa qədər xüsusi cığır çəkmək planlaşdırılır.

Yevgeni Priqojin 2023-cü il avqustun 23-də Tver vilayətində “Embraer” təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.
“Vaqner” dəstəsinin komandiri Dmitri Utkin və digər 8 nəfər də qəzadan sağ çıxmamışdı.

İyunun 1-i Priqojinin doğum günüdür.