Fransanın cənubundakı Şərqi Pireney departamentində baş verən meşə yanğınlarında 10-dan çox adam xəsarət alıb.
Viral.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Onun sözlərinə görə, turist düşərgəsinin təxliyyəsi zamanı iki yanğınsöndürən də daxil olmaqla 11 nəfər xəsarət alıb.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
BFMTV-nin verdiyi məlumata görə, yaxınlaşan yanğın səbəbindən ümumilikdə 3 mindən çox insan təxliyə edilib.
Telekanalın məlumatına görə, yanğın 400 hektardan çox ərazini əhatə edib. Eyni zamanda, Fransanın altı departamentində yanğınların yayılması ehtimalı ilə əlaqədar gücləndirilmiş xəbərdarlıq rejimi elan edilib.
Yanğının söndürülməsinə yüzdən çox yanğınsöndürən, onlarla yanğınsöndürən maşın, eləcə də xüsusi aviasiya cəlb olunub.
(redaktor.az)