Rusiya bazarlarında satılan Ermənistan istehsalı konyakların təqribən 90 faizi sağlamlıq üçün təhlükəlidir.
Viral.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə “Antikotrafakt” Beynəlxalq Assosiasiyası və Konyak İstehsalçıları İttifaqının birgə hesabatında məlumat verilib.
Bildirilib ki, sözü gedən nəticə Ermənistanda emal edilən 20 ticarət markasından götürülən 200 adda məhsulun analizləri nəticəsində əldə olunub. Müəyyən edilib ki, onların yarısında spirtli içki istehsalı üçün yararsız məhsullardan istifadə edilib, 177 markanın istehsalında isə texniki göstəricilərə əməl olunmayıb.
Son Yazılar:
- Hərbçilərin kirayə haqları artırılsın – Deputatdan TƏKLİF
- Azərbaycan Avropa ilə müqayisə olunmalıdır
- Azərbaycanda yeni bələdiyyələr YARADILDI
Hər iki qurumun müştərək hazırladığı hesabatın nəticələri Rusiyanın Baş Prokurorluğuna və digər müvafiq qurumlara göndərilərək, onlardan Ermənistandan daxil olan spirtli içkilərə nəzarətin gücləndirilməsi tələb edilib.