Ali məktəblərə qəbulun nəticələri bu tarixdə AÇIQLANACAQ

Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatıb. Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. Ən çox ərizə I qrupa verilib.

Viral.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən modern.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, nəticələr üç gün ərzində elan ediləcək.

“Ali təhsil müəssisələrinə qəbulun nəticələrinin növbəti üç gün ərzində elan olunması nəzərdə tutulur”, – qurumdan bildirilib.

Son Yazılar:

Qeyd edək ki, elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.