“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri bizim üçün xüsusi bir əhəmiyyət kəsb edir. Azərbaycan xalqı olaraq ilk dəfədir ki, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdikdən sonra parlament seçkilərinə qatılırıq”.
Viral.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycanın Olimpiya çempionu Elnur Məmmədli deyib. O bildirib ki, bu, sadəcə seçki deyil, eyni zamanda Azərbaycanın gücünün təsdiqi olan bir tarixi andır:
“Biz bu seçkilərlə dünyaya nümayiş etdirəcəyik ki, Azərbaycan xalqı öz taleyini özü müəyyən edən, qətiyyətli və müstəqil bir xalqdır”.
Son Yazılar:
- İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür
- COP29-da İtki və Zərər Fondunun tam fəaliyyəti ilə bağlı qərar qəbul OLUNDU
- Daşkəsəndə bir neçə nəfər dəm qazından ZƏHƏRLƏNDİ
Olimpiya çempionu əlavə edib ki, bu seçkilər gələcəyimizə olan inamımızı təsdiqləmək, xalqımızın rifahını artırmaq və ölkəmizin daha da güclənməsini təmin etmək üçün vacibdir:
“İdmançı olaraq mən hər zaman Vətənimə sadiq olmuşam və ölkəmizi beynəlxalq arenalarda fəxrlə təmsil etmişəm. İndi isə Azərbaycanın hər bir vətəndaşı kimi, bu seçkilərdə iştirak edərək, Azərbaycanın daha da inkişafı üçün səsimi verəcəyəm. Bu seçkilərin ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət daşıdığına əminəm və bütün həmvətənlərimizi seçkilərdə fəal iştirak etməyə çağırıram”.