Müğənnini təqib edən şəxs saxlanıldı

Vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.

 

Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Son Yazılar:

 

Qeyd olunub ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

 

Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.

 

***

13:53

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi bəlli olub və o, polisə çağırılıb.

 

Viral.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır: “Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

 

Qeyd edək ki, ötən gün müğənni Sevda Sanaliyeva xoşagəlməz hadisə ilə üzləşib. S.Sanaliyeva yaşadığı evə qayıdarkən, bir nəfər kişi tərəfindən təqibə məruz qalaraq, qorxudulub. Bununla bağlı müğənni “Instagram” səhifəsində paylaşım edib. Paylaşımdan sonra polis dərhal araşdırmaya başlayıb.