Azərbaycan şahmatçıları Çexiyanın paytaxtı Praqada uşaq və yeniyetmələr arasında təşkil olunacaq Avropa çempionatında iştirak edəcəklər.
Viral.az xəbər verir ki, turnirdə ötən ilin Avropa çempionları Rüstəm Rüstəmov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, bürünc medalçı Səadət Bəşirli, eləcə də Paşam Əlizadə, Lalə Hüseynova, Şiroğlan Talıbov, Tunar Davudov, Zəhra Allahverdi, Əhməd Hüseynov və digərləri qüvvələrini sınayacaqlar. Azərbaycan nüfuzlu yarışda ümumilikdə 40 iti zəka sahibi ilə təmsil olunacaq.
Son Yazılar:
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
- Köklük, piylənmə 13 növ xərçəngi ARTIRIR
Turnirdə 40-dan çox ölkədən şahmatçılar 8-dən 18 yaşa qədər olan kateqoriyalarda medallar uğrunda mübarizə aparacaqlar.
Avqustun 22-də start götürəcək Avropa çempionatına ayın 31-də yekun vurulacaq.