Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur.

Viral.az-ın məlumatına görə, bu barədə Vəqfin İdarə Heyətinin sədri Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun açılış mərasimində bildirib.

Onun sözlərinə görə, həmçinin Gəncə və Naxçıvanda da məktəblərin açılması nəzərdə tutulur.

Son Yazılar:

B.Akgün təhsil sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlığın sürətlə və uğurla davam etdiyini də vurğulayıb.