Əqrəb sancan müəllim ölüb

Göygöl rayonunda əqrəb sancan müəllim ölüb

Viral.az azedu.az-a istinadən xəbər verir ki, Göygöl rayon Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədov sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb. İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb, müəlicəsi 1 ay davam etdirilsə də həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində Gənclərin Hərbi Hazırlığı fənnindən dərs deyirmiş.

Son Yazılar: