Ana və körpə doğuş zamanı öldü

Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və körpəsi ölüb.

Viral.az xəbər verir ki, Xaçmaz rayonunun Hülövlu kənd sakini 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Regional Perinatal Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyana gələn köprəsi dünyasını dəyişib. Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında daha bir övladı var.

Faktla bağlı araşdırma aparılır.

Son Yazılar: