Vətəndaşları şantaj edən sayt rəhbərləri həbs edilib
Viral.az xəbər verir ki, “Turantv.az” rəhbəri Ramin Sadıqlı, “bölgeinfo” saytının təsisçi baş redaktoru Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rusvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toyu günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətindən “Report”a təsdiqləyiblər.