Baş prokuror Kamran Əliyev avqustun 27-də, saat 10:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Oğuz rayon və Mingəçevir şəhər sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Viral.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəki rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.